Bakıda beynəlxalq konfrans öz işinə başlayıb, Prezident İlham Əliyev iştirakçılara məktub ünvanlayıb - FOTO

  • 10:56 - 28 İyun

İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin turizm nazirlərinin 11-ci sessiyası çərçivəsində konfransı öz işinə başlayıb.

Avropa.info bildirir ki, Bakı Konqres Mərkəzində keçirilən tədbirdə İƏT ölkələrinin turizm nazirləri, turizm assosiasiyalarının rəhbərləri və digər rəsmilər iştirak edir.

Prezident İlham Əliyev Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin turizm nazirlərinin 11-ci sessiyasının iştirakçılarına məktub ünvanlayıb.

Məktubu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev səsləndirib.

Məktubda deyilib ki, 2021-ci ildə Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatına üzv olmasının 30 ili tamam olur.

Məktubda qeyd edilib ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın müstəqilliyinin bərpasından sonra üzv olduğu ilk beynəlxalq təşkilatlardan idi. Eyni zamanda, məktubda bildirilib ki, Azərbaycan hər zaman İƏT-in fəaliyyətini dəstəkləyib, üzv dövlətlər arasında əbədi birliyin möhkəmləndirilməsi yolunda səylər göstərib.

 

 


Oxunma sayı: 2212

Oxşar yazılar