Lənkəranda 32 yaşlı kişi qətlə yetirilib

  • 22:52 - 26 İyun

İyunun 26-da saat 16 radələrində Lənkəran rayonu ərazisində 1990-cı il təvəllüdlü Samir Novruzovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Baş Prokurorluğun Mətbuat Xidmətindən Avropa.info-ya verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1975-ci il təvəllüdlü Qulam Səlimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Samir Novruzova bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 
Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 
Q.Səlimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. 
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Oxunma sayı: 5787

Oxşar yazılar