Pakistan ordusunun Baş Qərargah rəisinə Səudiyyə Ərəbistanının ali mükafatı təqdim edilib

  • 19:35 - 26 İyun

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Pakistan Silahlı Qüvvələrinin baş qərargah rəisi, ordu generalı Qamar Cavid Bachaya krallığın ali mükafatı – Kral Əbdüləziz ordenini təqdim edib.

 

Kral Salman bin Əbdüləzizin sərəncamı ilə pakistanlı general bu ali mükafata Səudiyyə Ərəbistanı ilə Pakistan arasında əlaqələrin möhkəmlənməsinə verdiyi töhfəyə görə layiq görülüb.
Görüş zamanı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Pakistan Silahlı Qüvvələrinin baş qərargah rəisi iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivlərini müzakirə ediblər.


Oxunma sayı: 3664

Oxşar yazılar