Regionlarda “DOST” mərkəzləri yaradılır

  • 19:04 - 26 İyun

“DOST” mərkəzləri şəbəkəsinin ölkəmizin regionları üzrə genişləndirilməsi işləri çərçivəsində 2022-2023-cü illərdə Bərdə və Quba rayonlarında da “DOST” mərkəzləri açılacaq. Həmin dövrdə, həmçinin 5 saylı Bakı “DOST” Mərkəzi istifadəyə veriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Avropa.info-ya verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərlə bağlı “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı üzrə həmin ərazilərdə bir neçə mərkəz, filial və xidmət məntəqələri də yaradılacaq.
2019-cu ilin may ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi və həmin vaxtdan beş “DOST” mərkəzi açılıb. Həmin mərkəzlərdə sosial sahə üzrə 154 xidmət “bir pəncərə”dən, müasir, çevik, tam şəffaf şəkildə, vətəndaş məmnunluğuna uyğun göstərilir.
Ölkə əhalisinin 2 milyon 500 min nəfəri və ya ümumilikdə 25 faizi DOST xidmətləri ilə əhatə olunub.
Ötən dövrdə bu mərkəzlərdə 1 milyona yaxın vətəndaşa xidmət göstərilib, həmin xidmətlərdən vətəndaş məmnunluğu isə 98,5 faizdir.


Oxunma sayı: 4126

Oxşar yazılar