Azərbaycanda son sutkada 24 nəfər koronavirusa yoluxub

  • 17:12 - 26 İyun

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 24 yeni yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avropa.info-ya verilən məlumata görə, son sutkada xəstəlikdən vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 793 164 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 292 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib. 155 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 345, bu günə qədər isə ümumilikdə 6 954 464 test icra olunub.


Oxunma sayı: 2476

Oxşar yazılar