Almaniyada G7 ölkələrinin sammiti başlayıb

  • 16:19 - 26 İyun

Almaniyada "Böyük Yeddilik" (G7) ölkələrinin sammiti öz işinə başlayıb.

Sammitin ilk günündə üç işçi sessiya keçiriləcək, onlardan biri xarici və təhlükəsizlik siyasəti məsələləri, o cümlədən Ukraynadakı vəziyyət fonunda anti-Rusiya sanksiyaları və Moskvaya təzyiqlərin artırılması müzakirə olunacaq. Bundan əlavə, gündəliyə iqlim dəyişikliyi, makroiqtisadi vəziyyət, inflyasiya ilə mübarizə və investisiya əməkdaşlığı daxildir.

Görüş antiqlobalistlərin və G7 əleyhdarlarının nümayişləri fonunda keçirilir. Ümumilikdə, sammit günlərində şəhərin ətrafında azı 17 nümayişin keçirilməsi planlaşdırılır.


Oxunma sayı: 4709

Oxşar yazılar