Kürdəmirdə yol qəzasında bir ailənin 4 üzvü xəsarət alıb

  • 11:15 - 26 İyun

Kürdəmirdə avtomobil su kanalına düşüb, bir ailənin 4 üzvü xəsarət alıb.

APA-nın xəbərinə görə, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Kürdəmir rayonunun Atakişili kənd sakini 33 yaşlı Sərxan Cəlal oğlu Kərimov “Nissan” markalı avtomaşınla Kürdəmir istiqmətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb.

Hadisə zamanı sürücü Sərxan Kərimov və onun sərnişinləri - 25 yaşlı Kərimova Samirə Elxan qızı, 2 yaşlı Kərimli Aylin Sərxan qızı və 1 yaşlı Kərimli Cəlil Sərxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıbıar. Yaralılar təcili tibbi yardım avtomobili ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

 

Kürdəmirdə yol qəzasında bir ailənin 4 üzvü xəsarət alıb


 


Oxunma sayı: 2718

Oxşar yazılar