Türkiyə ordusu daha 7 terrorçunu məhv edib

  • 10:50 - 26 İyun

Türkiyə ordusu İraqın şimalında və Suriyada 7 terrorçunu məhv edib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyi bildirir ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalındakı "Fərat Qalxanı" əməliyyatı zonasında 5, İraqın şimalında "Pençe-Kilit" əməliyyatı zonasında isə 2 terrorçunu zərərsizləşdirib.


Oxunma sayı: 2454

Oxşar yazılar