Almaniya Ukraynaya 1 milyard avro vəsait ayırdı
- 23:35 - 25 İyun
Almaniya hökuməti Ukraynaya əlavə olaraq 1 milyard avro dəyərində maliyyə yardımı ayırıb.
Bu barədə Almaniyanın Maliyyə Nazirliyi məlumat yayıb.
“Almaniya Ukraynaya hərbi vəziyyət dövründə prioritet sosial və humanitar xərclərin maliyyələşdirilməsi üçün qrant şəklində 1 milyard avro vəsait təqdim edəcək”, - deyə Maliyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunur.
Qeyd edək ki, Ukrayna müharibə başlayan dönəmdən Almaniyadan 300 milyon avro dəyərində uzunmüddətli güzəştli kreditlər alıb.