Ukrayna BMF xətti ilə Almaniyadan 1 milyard avro alacaq

  • 19:25 - 25 İyun

Almaniya Ukraynaya 1 milyard avro dəyərində qrant yardımı təqdim edəcək. Bu vəsait Beynəlxalq Valyuta Fondunun (BVF) inzibati hesab mexanizmi vasitəsilə yönəldiləcək.

Hökumətlər arasında sazişi Ukraynanın maliyyə naziri Sergey Marçenko və Almaniyanın maliyyə naziri Kristian Lindner imzalayıblar.

Vəsaitin yaxın zamanda təqdim ediləcəyi gözlənilir.

“Əldə edilmiş vəsait hərbi vəziyyət şəraitində ən zəruri sosial və humanitar xərclərə yönəldiləcək”, - Ukraynanın Maliyyə Nazirliyinin məlumatında deyilir.(report) 


Oxunma sayı: 3917

Oxşar yazılar