Nazir YPX Alayının komandirinə birinci müavin təyin etdi

  • 18:11 - 25 İyun

Daxili işlər naziri Vilayət Eyvazov Dövlət Yol Polisində yeni təyinatla bağlı əmr imzalayıb.

Avtosfer.az-ın əldə etdiyi məlumatına görə, nazirin əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının komandirinə birinci müavin təyin edilib. Bu vəzifəyə polkovnik-leytenant Eyvaz Şahverdiyev təyin edilib. 

Qeyd edək ki, buna qədər Eyvaz Şahverdiyev Bakı şəhər DYP İdarəsində şöbə rəisi vəzifəsində çalışıb.


Oxunma sayı: 3015

Oxşar yazılar