İtkin düşən 21 yaşlı qız ər evindən TAPILDI
- 15:20 - 25 İyun
Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilən intensiv tədbirlərlə qaçırıldığı iddia olunan 21 yaşlı qızın yeri müəyyən edilib.
Bu barədə Avropa.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı məlumat verib.
A.Qiyaslının sözlərinə görə, qız Polis Şöbəsinə dəvət edilib:
“Araşdırma zamanı ona hər hansı bir zor tətbiq edilmədiyi və ailə qurmaq məqsədi ilə öz istəyinə əsasən getdiyi məlum olub. Valdeynləri ilə görüşdürülüb və o bu barədə öz ailə üzvlərini də məlumatlandırıb”.
Qeyd edək ki, bir neçə gün öncə qızın dörd nəfər tərəfindən zorla nömrəsiz avtomobilə qoyularaq, anasının yanından qaçırıldığı barədə məlumat yayılmışdı.