Gürcüstanda əhali küçələrə axışdı – Baş nazirin istefası tələb edildi

  • 11:52 - 25 İyun

Gürcüstanın paytaxtı Tbilisidə küçələrə çıxan nümayişçilər hökuməti dünən Avropa İttifaqının (Aİ) öz ölkəsinə namizəd ölkə statusu verməməsində günahlandırıb və baş nazir İrakli Qaribaşvilini istefaya çağırıb. 

Avropa.info xəbər verir ki, Tbilisidə parlament qarşısında keçirilən nümayişdə ictimaiyyət Aİ sammitində Gürcüstana “namizəd ölkə” statusunun verilməməsinə reaksiya verib. 

Nümayişçilər hökuməti namizəd ölkə olmaq üçün lazımi addımları atmamaqda ittiham ediblər. 

Gürcüstanın Aİ-yə üzvlük prosesini dəstəkləyən fəallar bu “uğursuzluğa” görə hökumətin məsuliyyət daşıdığını bildiriblər. 

Etirazçılar baş nazir İrakli Qaribaşvilini istefaya çağırıblar.


Oxunma sayı: 2729

Oxşar yazılar