Rusiya artıq müharibəni uduzub - ABŞ-ın dövlət katibi

  • 12:28 - 25 İyun

ABŞ dövlət katibi Entoni Blinken deyib ki, Vaşinqton Rusiyanın təcavüzünə qarşı müqavimət göstərən Ukraynanı dəstəkləməyə davam edəcək. Bilnken əlavə edib ki, Rusiya başladığı  müharibədə artıq uduzub.

Avropa.info modern.az-a istinadən xəbər verir ki, bu barədə Blinken Berlində keçirdiyi mətbuat konfransında bildirib.

"Ukraynalılar inanılmaz cəsarətlə müdafiə olunur və Rusiya artıq uduzub. Putinin məqsədi  özünün dediyi kimi, Ukraynanı müstəqil və suveren ölkə kimi məhv etmək idi. Bu məqsəd uğursuzluğa düçar oldu. Suveren və müstəqil Ukrayna Putindən daha uzun müddət yaşayacaq".

Blinken vurğulayıb ki, Rusiya Donbassda müəyyən uğurlar əldə etsə də, qəti qələbədən uzaqdır və artıq əldə etdiyi nailiyyətlər ona hədsiz baha başa gəlib.

"Məlumatlara görə, işğalın əvvəlindən bəri on minlərlə rus əsgəri ölüb və ya yaralanıb. Rusiya külli miqdarda tank, təyyarə, zirehli texnika itirməkdə davam edir", - ABŞ dövlət katibi qeyd edib.


Oxunma sayı: 1772

Oxşar yazılar