Sürücülük vəsiqəsi ilə bağlı vacib QƏRAR: 1 ay ərzində... - VİDEO

  • 10:46 - 25 İyun

Xarici ölkəyə məxsus sürücülük vəsiqəsi ilə Azərbaycanda avtomobil idarə edənlər onu milli vəsiqəyə dəyişməsələr, cərimə olunacaqlar.

Sürücülük vəsiqəsi xarici ölkəyə məxsus olan azərbaycan vətəndaşları, eləcə də müvəqqəti və ya daimi yaşayan əcnəbilər bir aydan sonra mütləq qaydada sürücülük vəsiqələrini milli vəsiqəyə dəyişdirməlidirlər. Əks halda onlar cərimə olunacaqlar.

Yol hərəkəti haqqında qanuna görə yalnız Azərbaycan vətəndaşları başqa ölkədə aldıqları vəsiqə ilə ölkəmizdə bir ay avtomobil idarə edə bilərlər. Bu müddətdən sonra milli sürücülük vəsiqəsi alınmalıdır. Əcnəbilər isə Azərbaycanda daimi və ya müvəqqəti qeydiyyata düşdüyü gündən bir ay müddətində xarici sürücülük vəsiqəsi ilə avtomobil idarə edə bilərlər. Verilən müddətdən sonra milli vəsiqə almayan sürücülər qayda pozarkən aşkar olunduqda yol polisi onlara heç bir cərimə tətbiq edə bilmirdi.

Avropa.info xəbər verir ki, Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı Xəzər TV-yə açıqlamasında deyib ki, Konstutusiya Məhkəməsinin yeni qərarı ilə belə sürücülərin də məsuliyyətə cəlb edilməsi mümkün olacaq.

Ekspert qeyd edib ki, bu təcrübə dünyanın bir çox ölkəsində mövcuddur. Hətta Avropanın bir sıra ölkələrində vəsiqəni dəyişmək üçün heç bir ay vaxt da verilmir.

Ətraflı süjetdə:


Oxunma sayı: 3411

Oxşar yazılar