Mustafa Şentop: “Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini gücləndirməliyik”

  • 10:21 - 25 İyun

“Beynəlxalq Şərq-Qərb Mərkəzi Dəhlizi və Xəzər dənizindən keçməklə Azərbaycan-Naxçıvan nəqliyyat bağlantısı kimi addımlarla əlaqələrimizi daha da sıx birləşdirməliyik. Bu, ölkələrimizin ticarət, nəqliyyat və istehsal mərkəzi kimi yüksəlməsinə yol açacaq, onları bir-birinə daha da yaxınlaşdıracaq”.

Avropa.info Report-a istinadla xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Türk Dövlətləri Parlament Assambleyasına (TDPA) üzv ölkələr arasında əlaqələrdən danışarkən deyib.

TBMM sədri qeyd edib ki, TDPA-ya üzv ölkələr arasında nəqliyyat şəbəkələrinin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

“Ticarət, iqtisadiyyat, səhiyyə, təhsil, mədəniyyət, turizm, müdafiə sənayesi və bir çox başqa sahələrdə bütövlükdə daha çox inkişaf etdirilməsi üçün hələ çox uzun yol var. Türk dövlətləri olaraq güclü varlığımızla beynəlxalq sistemi ikili standartlardan uzaq, ədalətə əsaslanan quruluşa gəlməyə çalışmalıyıq”, - Mustafa Şentop vurğulayıb.

O qeyd edib ki, türkdilli ölkələrin bir çox sahədə potensialının indiki səviyyədən qat-qat üstündür.

Türkiyə Böyük Millət Məclisinin sədri TDPA üzvü olan ölkələr arasında nəqliyyat şəbəkələrinin gücləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.


Oxunma sayı: 3180

Oxşar yazılar