Səfir Cahit Bağçı Azərbaycanın yardım haqda: “Bunun adı qardaş köməyidir”

  • 07:25 - 25 İyun

Türkiyənin respublikamızdakı səfiri Cahit Bağçı Azərbaycanın amfibiya tipli təyyarəsinin Muğladakı yanğınlarla mübarizəyə yardımını qardaş köməyi adlandırıb.

Avropa.info xəbər verir ki, bu barədə səfir tviter hesabında yazıb.

“Bunun adı qardaş köməyidir”, - səfir sosial şəbəkə hesabında vurğulayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədəki meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə qardaş ölkəyə göndərilib.

Dünən səhər saatlarından etibarən təyyarə Türkiyənin Muğla bölgəsində yanğınlarla mübarizə tədbirlərinə başlayıb.


Oxunma sayı: 2740

Oxşar yazılar