Bayden ona verilən təlimat kağızını yanlışlıqla İFŞA ETDİ- ABŞ Prezidenti necə idarə edilir? - ŞOK SİYAHI, FOTO

  • 05:24 - 25 İyun

 79 yaşlı ABŞ prezidenti Co Bayden Ağ Evin Ruzvelt otağında qubernatorlar və özəl şirkət nümayəndələri ilə görüşüb.

Avropa.info xəbər verir ki, toplantı zamanı maraqlı anlar yaşanıb. 

Belə ki, Bayden əlindəki kağız parçasında yazılanları ifşa etməklə bütün diqqətləri üzərinə çəkib. Məlum olub ki, Baydenin toplantı zamanı etməli olduğu hər şey bir kağız parçasında, təlimat siyahısı şəkilində öncədən ona verilib. 

Təlimat siyahısında bunlar yazılıb: 

-Ruzvelt otağına girib iştirakçılara salam deyəcəksiniz.

-Oturacaqsınız.

-Media mənsubları gələcək.

-Siz 2 dəqiqəlik media üçün danışacaqsınız.

-Media təmsilçiləri otaqdan çıxacaq.

- Siz Liz Schulerə sual verəcəksiniz. (Xatırlatma: Liz görüşdə onlayn iştirak edəcək)

-İştirakçılara təşəkkür edəcəksiniz.

-İştirakçılara təşəkkür edib otağı tərk edəcəksiniz.

 


Oxunma sayı: 4379

Oxşar yazılar