Ərdoğan meşə yanğınlarının söndürülməsində Azərbaycanın köməyindən danışdı

  • 23:20 - 24 İyun

“Yanğınların söndürülməsinə Azərbaycandan da təklif gəlib. Bir təyyarə göndərilib. Həmin təyyarə indi meşə yanğınlarının söndürülməsində yer alıb”.

Avropa.info “report”a istinadən xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Muğlada meşə yanğınlarının söndürülməsindən danışarkən deyib.

Türkiyə Prezidenti yanğının söndürülməsi işlərinin davam etdiyini, Rumıniya və İsraildən təyyarə dəstəyi ilə kömək təklifinin olduğunu bildirib. Lakin hələlik yardımlara ehtiyac olmadığından Türkiyə təbii fəlakətlə öz vəsaiti hesabına mübarizə aparır.

Dövlət başçısı vurğulayıb ki, 15-i təyyarə, 46-sı helikopter olmaqla ümumilikdə 61 hava maşını yanğınların söndürülməsində iştirak edir.


Oxunma sayı: 3664

Oxşar yazılar