Ərdoğan yanğınların baş verdiyi Muğlada Sultan Fatehdən misal gətirdi: Ölüm hökmü müzakirə edilməlidir – FOTO

  • 22:47 - 24 İyun

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınlarının təşkilinə görə cəzaların sərtləşdirilməsi ideyasını dəstəkləyib. 

Avropa.info xəbər verir ki, Ərdoğan bir neçə gündür meşə yanğınlarının davam etdiyi Muğla vilayətinin cənub-qərbində jurnalistlərlə söhbətində bildirib. Türkiyə prezidenti qeyd edib ki, Marmarisin turizm bölgəsində baş verən yanğınlar nəticəsində heç kim xəsarət almayıb və itkin düşən olmayıb.

Türkiyə lideri bildirib ki, yanğın zonasına bitişik yaşayış məntəqələrindən 435 nəfər təxliyə edilib. 

Onun sözlərinə görə, yanğınların söndürülməsinə 15 təyyarə və 46 helikopter cəlb olunub. 

Ərdoğan Dalaman, Fethiye, Keyçegiz və Seydikemer rayonlarında meşə yanğınlarının nəzarət altına alındığını açıqlayıb. 

Türkiyə prezidenti meşə yanğınlarının təşkilinə görə cəza mövzusuna toxunaraq, belə əməllərə görə cəzaların sərtləşdirilməsi ideyasını dəstəklədiyini bildirib. 

“Cəzalarla, o cümlədən edamla bağlı müxtəlif fikirlər səslənir. Düşünürəm ki, bu məsələni müzakirə etməyə dəyər”, - Ərdoğan vurğulayıb:

"Bu, çəkindirici bir cəzadır. Mən də deyirəm ki, ucu haraya daynır, edamamı? Edam olmalıdır. Sultan Fateh nə deyir: "Meşələrimdən bir ağca kəsənin boynunu vuraram", deyir".


Oxunma sayı: 3576

Oxşar yazılar