Növbəti pandemiya elan olundu - Yeni TƏHLÜKƏ, yeni QAPANMALAR olacaq?

  • 19:24 - 24 İyun

"Meymunçiçəyini Dünya Səhiyyə Şəbəkəsi pandemiya elan edib. Dünya Səhiyyə Şəbəkəsi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) eyni qurum deyil".

Avropa.info xəbər verir ki, bunu milli.az-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib.

Mütəxəssis bildirib ki, bu xəstəlik COVİD kimi ciddi fəsadlara yol açmayacaq:

"ÜST-ün mənbələrinə güvənmək lazımdır. Ümumdünya Səhiyyə Təşkilatı nə zaman ki, meymunçiçəyini pandemiya elan etsə, deməli, o zaman ciddi bir təhlükə var, ona qarşı mübarizə aparmaq lazımdr. 

Təbii ki, indi də biz yenə də mübarizə aparmalıyıq, qorunma qaydalarını tətbiq etməliyik, bu təhlükəyə qarşı ölkə səviyyəsində müəyyən planlar hazırlanmalıdır. Amma ÜST tərəfindən hələ ki belə bir rəsmi məlumat gəlməyib.

Amma ümumilikdə götürsək, istənilən infeksion xəstəlik zaman-zaman epidemiyalara, pandemiyalara səbəb ola bilər. Xüsusən də onlarda mutasiyalar baş verdikdə. Çünki əvvəlki dövrlərdən fərqli olaraq dünya dövlətləri arasında sərhədlər açıqdır və turistik məqsədlə ölkələrə gediş-gəliş, giriş-çıxışlar çox olduğu üçün istər-istəməz xəstəliklərin pandemiyaya və epidemiyaya səbəb olma ehtimalı, riski hər zaman olacaq. Bu baxımdan hər hansısa bir xəstəliyin epidemiyaya, pandemiyaya çevrilməsi təəccüb doğurmamalıdır. 

Bu xəstəliyin COVİD xəstəliyi kimi ciddi fəsadları yoxdur. Təbii ki, istənilən xəstəlikdə yoluxan sayı nə qədər çoxdursa, əlilliyin və ölümün göstəriciləri də qısa zaman ərzində o qədər artmış olur. Bu da ölkə səhiyyə sisteminə ciddi ziyan vurur. Bu baxımdan qorunma qaydaları çox əhəmiyyətlidir".

Qeyd edək ki, Dünya Səhiyyə Şəbəkəsi ötən gün meymunçiçəyini pandemiya elan edib.


Oxunma sayı: 2993

Oxşar yazılar