Laçındakı mövqelərimiz ATƏŞƏ TUTULDU

  • 15:16 - 24 İyun

İyunun 24-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Bu barədə Avropa.info-ya Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Rəsmi məlumata görə, ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.


Oxunma sayı: 3752

Oxşar yazılar