Türkiyə MİT-dən ƏMƏLİYYAT: İraqda PKK-nın iki əsas terrorçusu məhv edildi – FOTO

  • 12:38 - 24 İyun

Türkiyə xüsusi xidmət orqanları PKK terror təşkilatının liderlərindən olan Delal Əzizoğlunun məhv edilməsi üçün Şimali İraqda uğurlu əməliyyat keçirib. 

Avropa.info bildirir ki, “Anadolu”nun Ankaranın təhlükəsizlik strukturlarındakı mənbələrinə istinadən verdiyi məlumata görə, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) terrorçunun Süleymaniyyə şəhərinə gəlməsi ilə bağlı məlumatların təhlili əsasında əməliyyatı təşkil edib. 

Delal Əzizoğlu 1992-ci ildən terrorçudur. O, müəyyən illərdə Avropa ölkələrində, xüsusən də Belçikada terror təşkilatının təbliğatı ilə məşğul olub. Avropanın bir sıra şəhərlərində PKK-nın əlaltılarının icazəsiz hərəkətləri onun adı ilə bağlıdır. 

Son illərdə o, Suriya da daxil olmaqla terrorçulara təlim keçib.

Əməliyyat zamanı beynəlxalq axtarışdı olan "Arın" kod adlı PKK terrorçusu Şükran Alp da zərərsizləşdirilib.

Terör örgütü PKK'nın sözde üst düzey yöneticilerinden Delal Azizoğlu

Oxunma sayı: 2762

Oxşar yazılar