Zelenski "böyük zəfər"' deyə AÇIQLADI: "120 gün, 30 il bu anı gözlədik”

  • 14:13 - 24 İyun

Avropa İttifaqı (Aİ) ölkələrinin liderlərinin dünən Brüsseldə keçirilən sammitində namizədlik üçün müraciət etmiş Ukrayna və Moldovaya “Namizəd ölkə” statusunun verilməsi qərara alınıb. 

Avropa.info xəbər verir ki, Ukrayna tərəfindən müsbət qarşılanan qərar zamanı Ukrayna Prezidenti Vladimir Zelenski də internet bağlantısı vasitəsilə sessiyada iştirak edib.

Qərarla bağlı hisslərini Aİ ölkə liderlərinə çatdıran Zelenski bunları deyib:

“Dövlətimizin 30 illik müstəqilliyi üçün bu, Ukrayna üçün ən vacib qərarlardan biridir, lakin bu qərar təkcə Ukrayna üçün keçərli deyil. Bu, hazırda azadlığımızı və birliyimizi qorumaq qabiliyyətimizi sınaqdan keçirən Avropanı gücləndirmək üçün Rusiyanın hücumları kontekstində atıla biləcək ən böyük addımdır. Sammitdəki bütün Avropa liderlərinə təşəkkür edirəm. Əllərində silah Ukraynanı müdafiə edən qəhrəmanlarımıza və Avropanın azadlığını müdafiə edən hər kəsə təşəkkür edirəm. Avropanın yeni tarixini mümkün etdiyiniz üçün sizə təşəkkür edirik”.

Zelenski bu qərardan sonra sosial media hesablarından mesajlar göndərməyə davam edib. 

Tvitter hesabında başqa bir paylaşım edən Zelenski, “Avropa liderlərinin Ukraynaya namizəd statusu vermək qərarını yüksək qiymətləndirirəm. Çarlz Mişel (Avropa Dövlət və Hökumət Başçıları Şurasının sədri), Ursula fon der Leyenə (Avropa Komissiyasının prezidenti) və Avropa liderlərinə təşəkkür edirəm”. 

Günün gec saatlarında başqa bir sosial media hesabında qısa video mesaj paylaşan Zelenski, Rusiyanın ölkəsinə hücumlarını davam etdirdiyi 120 gün və Ukraynanın müstəqilliyinin 30-cu ildönümünə işarə edərək, “Bu, münasibətlərdə unikal və tarixi bir məqamdır. Ukrayna və Avropa İttifaqı arasında. Ukraynanın gələcəyi Aİ-dədir. Bu qələbədir. 120 gün, 30 il bu anı gözlədik” deyib.


Oxunma sayı: 3785

Oxşar yazılar