Marmarisdə meşə yanğınları genişlənir: Alovlar şəhər mərkəzinə doğru irəliləyir – Güclü külək TƏHLÜKƏSİ – FOTO

  • 10:21 - 24 İyun

Muğlanın Marmaris rayonunda meşə yanğınlarının söndürülməsi üçün işlər 3-cü gündə davam edir. Küləyin də təsiri ilə alovlar Marmaris yoluna doğru irəliləməyə başlayıb. Yanğının tüstü və külləri Marmaris şəhər mərkəzinə çatıb.

Avropa.info xəbər verir ki, Meteoroloji Ümumi Müdirliyinin son məlumatına görə, küləyin təsirinin günortadan sonra 3 günün ən yüksək səviyyəsinə çatması gözlənilir. Datça-Marmaris avtomobil yolu da nəqliyyatın hərəkətinə bağlanıb.

Qeyd edək ki, havanın qaralması səbəbindən təyyarələrlə yanğın söndürülməsi işi dayandırılıb. Səhərin ilk saatlarından təyyarələrin müdaxiləsi yenidən başlayıb.

Marmarisdə davam edən meşə yanğını ilə mübarizəyə Ankaradan dəstək gəlib. Ankara Böyükşəhər Bələdiyyə Başçısı Mansur Yavaş Twitter hesabından yaydığı açıqlamada 14 yanğınsöndürən maşın və 32 personaldan ibarət komandanın  yanğına müdaxilə etmək üçün Marmarisə yola düşdüyünü bildirib. 

Türkiyənin daxili işlər naziri Süleyman Soylu və kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi Muğlanın Marmaris rayonunda davam edən meşə yanğını ilə bağlı havadan müşahidələr aparıblar.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə meşə yanğınlarının şiddətlənməsinin qarşısının alınması və söndürülməsinə yardım məqsədilə yola düşən BE-200 CS amfibiya təyyarəsi axşam saatlarında 11 nəfərlik heyətlə Muğlanın Dalaman hava limanına enib.

BE-200CS amfibi uçağı

Oxunma sayı: 3257

Oxşar yazılar