Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi üçün TOPLANDI: Qlobal fövqəladə vəziyyət elan ediləcəkmi?

  • 10:12 - 24 İyun

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi epidemiyasının qlobal fövqəladə vəziyyət elan edilməsini müzakirə etmək üçün toplanır

Avropa.info xəbər verir ki, ÜST ötən aydan bəri davam edən meymunçiçəyi virusu epidemiyasının qlobal fövqəladə vəziyyət elan edilib-edilməməsi ilə bağlı ilk iclasını keçirib. 

Qurumdan yayılan yazılı açıqlamada, ÜST-nin fövqəladə hallar komitəsinin yaxın günlərdə Beynəlxalq İctimai Sağlamlıq Təcili (PHEIC) kateqoriyasında meymunçiçəyi epidemiyasının qiymətləndirilməsi ilə bağlı tövsiyələrini ÜST rəhbərliyinə çatdıracağı bildirilib.

İclasdan sonra mətbuata açıqlama verən ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus virusun endemik olduğu Afrika ölkələri də daxil olmaqla 48 ölkədə 3200-dən çox hadisənin aşkar edildiyini və 2022-ci ilin əvvəlindən Mərkəzi Afrikada virusa görə 70-ə yaxın insanın öldüyünü bildirib.

Nigeriyada meymunçiçəyinə yoluxma hallarının çoxunun qadın olduğunu vurğulayan Qebreyesus virusun təkcə kişilər arasında yayılmadığını qeyd edib. 

Meymunçiçəyi infeksiyasının bir çox endemik olmayan ölkədə ilk dəfə müşahidə edildiyini xatırladan Qebreyesus, "Bu xəstəliyin necə yayıldığını tam öyrənmək çox vacibdir" deyib.  

ÜST-nin fövqəladə komitəsi meymunçiçəyi virusunun təhlükəsini qiymətləndirmək üçün yaxın günlərdə yenidən toplanacaq.


Oxunma sayı: 3246

Oxşar yazılar