Rusiyada təyyarə qəzası - Ölən və yaralılar var

  • 09:41 - 24 İyun

Rusiyanın Ryazan vilayətində “İl-76” tipli təyyarə mühərrikin qəfil alışması nəticəsində qəzaya uğrayıb.

Avropa.info xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Hadisə iyunun 24-də səhər saatlarında baş verib. Təyyarə Orenburqdan Belqoroda uçub, yanacaq doldurmaq üçün Ryazana enib və havaya qalxdıqdan dərhal sonra Mixaylovski şossesi yaxınlığında qəzaya uğrayıb. 

Təyyarə qəzaya uğradıqdan sonra yanğın başlayıb, yanğın tez bir zamanda söndürülüb.

İl-76 təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.  

Ekipaj üzvlərindən biri xəstəxanada dünyasını dəyişib. 

Daha əvvəl təbii fəlakət nəticəsində 3 nəfərin öldüyü, 6 nəfərin yaralandığı barədə məlumat verilmişdi. Hərbi nəqliyyat təyyarəsinin göyərtəsində 9 nəfər olub.


Oxunma sayı: 3653

Oxşar yazılar