Avropa Parlamenti açıqladı: noyabrın 1-dək...

  • 09:59 - 24 İyun

Avropa Parlamenti Avrop İttifaqının (Aİ) qaz anbarlarının qışa qədər doldurulması planlarını təsdiqlədi. Həmin planlar noyabrın 1-dək saxlanma səviyyəsinin ən azı 80 faizini nəzərdə tutur.

Avropa.info Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin plenar iclasında qəbul edilən yeni reqlamentlə bağlı press-relizdə bildirilib.

"Üzv-dövlətlər və operatorlar 85 faizi hədəfləməlidirlər. Önümüzdəki illərdə avropalıları potensial təchizatda fasilələrdən qorumaq üçün hədəf 90 faiz olacaq", - deyə qeyd olunub.

Aİ ölkələrinin qaz təchizatı mənbələrini şaxələndirmək və enerji səmərəliliyi tədbirlərini gücləndirmək ehtiyacını vurğulanıb.


Oxunma sayı: 3862

Oxşar yazılar