"The Economist"in hesabatı: Dünyanın ən yaşana bilən şəhərləri AÇIQLANDI – SİYAHI

  • 15:06 - 23 İyun

“Dünyanın ən yaşana bilən şəhərləri” hesabatı açıqlanıb. 

Avropa.info xəbər verir ki, "The Economist"in hesabatında 172 şəhər 30 meyar əsasında qiymətləndirilib. Keçən il birinci yerdə olan Oklend Covid məhdudiyyətlərinə görə bu il 34-cü yerə düşüb. Zirvənin yeni sahibi yenə Vyana olub.

Hesabatda "2021-ci ilin əvvəlində muzey və restoranlarının bağlanması ilə reytinqimizdə 12-ci yerə enən Vyana 2018 və 2019-cu illərdə olduğu kimi birinci sıraya yüksəldi", -deyə qeyd edilib. 

Hesabatda bildirilir ki, sabitlik və yaxşı infrastruktur şəhərin sakinlər üçün cəlbediciliyi, yaxşı səhiyyə və bir çox mədəni və istirahət imkanları ilə dəstəklənir.

Ukraynanın paytaxtı Kiyev Rusiyanın hücumuna görə bu il siyahıya daxil edilməyib. Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərinin reytinqi Qərbin sanksiyaları nəticəsində aşağı düşüb.

Dünyanın ən yaşana bilən 10 şəhərini təqdim edirik:

10. OSAKA, YAPONİYA

9. AMSTERDAM, HOLLANDİYA

8. TORONTO, KANADA

7. FRANKFURT, ALMANİYA

6. CENEVRƏ, İSVEÇRƏ

5. VANKUVER, KANADA

4. KALQARİ, KANADA

3. SÜRİX, İSVEÇRƏ

2. KOPENHAGEN, DANİMARKA

1. VYANA, AVSTRIYA


Oxunma sayı: 2652

Oxşar yazılar