Dünya çempionatında QORXULU ANLAR: İdmançını son anda xilas edə bildilər – FOTO

  • 14:47 - 23 İyun

Macarıstanda keçirilən su idmanı çempionatında ABŞ-ı təmsil edən Anita Alvares yarış zamanı huşunu itirib. Onun məşqçisi hovuzun dibinə batmış gənc qadını xilas etmək üçün suya atılıb. 

Avropa.info xəbər verir ki, xəstəxanaya çatdırılan qadının vəziyyətinin yaxşı olduğu bildirilir.

Çərşənbə günü ABŞ komandasının üzgüçüsü Anita Alvarez 2022 FINA Dünya Çempionatında solo sərbəst üsulla finalda huşunu itirdiyi zaman qorxulu an yaşanıb. Məşqçisi Andrea Fuentes onu xilas etmək üçün suya tullanana qədər Alvares hovuzun dibinə dalıb.

Fuentes İspaniyanın MARCA idman qəzetinə açıqlamasında "Bu, böyük qorxu idi. Xilasedicilər bunu etmədiyi üçün tullanmalı oldum. Qorxdum, çünki nəfəs almadığını gördüm, amma indi çox yaxşıdır" deyib.

Hovuzdan çıxarılan Alvarezə tibb işçiləri müdaxilə edib. Üzgüçünün vəziyyətinin yaxşı olduğu bildirilib. Qorxu dolu anlarında Anita Alvarezin komanda yoldaşları göz yaşlarına boğulub.

25 yaşlı Alvarez Dünya Çempionatına üçüncü səfərində medal uğrunda mübarizə aparırdı. O, podiumu görə bilməyib və yarışı yeddinci tərk edib. Yapon üzgüçü Yukiko İnui qızıl, Marta Fiedina Ukrayna gümüş, Evangelia Platanioti Yunanıstan bürünc medal qazanıb.

Su sporları şampiyonasında bayılan ABD'li yüzücü Anita Alvarez ölümden döndü - 1

 

Su sporları şampiyonasında bayılan ABD'li yüzücü Anita Alvarez ölümden döndü - 2

 

Su sporları şampiyonasında bayılan ABD'li yüzücü Anita Alvarez ölümden döndü - 3
Su sporları şampiyonasında bayılan ABD'li yüzücü Anita Alvarez ölümden döndü - 4

 

Su sporları şampiyonasında bayılan ABD'li yüzücü Anita Alvarez ölümden döndü - 5

 

Su sporları şampiyonasında bayılan ABD'li yüzücü Anita Alvarez ölümden döndü - 7

 

Su sporları şampiyonasında bayılan ABD'li yüzücü Anita Alvarez ölümden döndü - 8

Oxunma sayı: 2850

Oxşar yazılar