Britaniyanın XİN rəhbəri: Ukrayna limanlarının bağlanması aclığa gətirib çıxaracaq

  • 14:27 - 23 İyun

Ukraynadan taxıl ixracı ilə bağlı böhran yaxın vaxtlarda həll edilməsə, bu, bütün dünyada ciddi ərzaq qıtlığına səbəb ola bilər. 

Avropa.info xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Liz Truss türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransı zamanı deyib. 

Truss hesab edir ki, problem həll olunmasa və Ukrayna limanlarında bloklanan taxıl dünya bazarlarına çatdırılmasa, bu, dünyada ciddi qıtlığa və aclığa səbəb olacaq. "Düşünürəm ki, biz bununla bağlı mühüm qərarlar qəbul edə bilərik", - deyə o bildirib.


Oxunma sayı: 2883

Oxşar yazılar