Çavuşoğlu: Türkiyə Ukrayna taxılının qanunsuz satışının əleyhinədir

  • 13:24 - 23 İyun

Türkiyə bunu mümkün hesab edir və BMT-nin Ukrayna limanlarından taxıl ixracı planını dəstəkləyir. 

Avropa.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cümə axşamı Ankarada britaniyalı həmkarı Liz Truss ilə birgə mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, Ankara ərzaq probleminin tez bir zamanda həlli üçün səy göstərir. 

Çavuşoğlu qeyd edib ki, Türkiyə bu mövzuda həm Rusiya, həm də Ukrayna ilə fəal danışıqları davam etdirir. 

“İstanbulda razılıq əldə olunarsa, monitorinq mərkəzi, eləcə də birbaşa Ukrayna sularından kənarda “təhlükəsizlik zonası” yaradılacaq”, - türkiyəli nazir bildirib. 

Eyni zamanda o vurğulayıb ki, Türkiyə Ukrayna taxılının və ya digər məhsullarının hər hansı ölkə, o cümlədən Rusiya tərəfindən qanunsuz satışının əleyhinədir. Nazir əmin edib ki, Türkiyə bu cür malları qəbul etməyəcək. 

Liz Truss da öz növbəsində qeyd edib ki, taxıl Ukrayna limanlarından çıxarılmasa, o zaman ciddi aclıq olacaq. 

“Taxıl böhranı gələn aydan gec olmayaraq həll edilməlidir. Əks halda, çox zərərli nəticələr olacaq”, - deyə nazir xəbərdarlıq edib. 

Truss Ukrayna taxılını daşıyan gəmilər üçün təhlükəsiz dəhlizin təmin edilməsinin vacibliyinə diqqət çəkib.


Oxunma sayı: 848

Oxşar yazılar