
ŞOK HADİSƏ: Rusiyanın kəşfiyyat dronu Türkiyədə ələ keçdi – FOTO/VİDEO
- 12:34 - 23 İyun
Türkiyənin Gümüşhane şəhərinin Kürtün qəsəbəsində göbələk toplayan şəxslər ərazidən bir pilotsuz uçan aparat (PUA) tapıblar.
Avropa.info xəbər verir ki, Xəbərdarlıq üzərinə bölgəyə sövq edilən təhlükəsizlik qüvvələri, qanad genişliyi təxminən 3 metr olan PUA-nın kəşfiyyat üçün Rusiya istehsalı olan silahsız Orlan-10 modeli olduğunu müəyyən edib.
1400 kilometr mənzilli PUA-nın müharibə səbəbindən Ukrayna bölgəsindən və ya Suriya bölgəsindən siqnal itdikdən sonra bu bölgəyə təkbaşına gəldiyi qiymətləndirilir.
Təhlükəsizlik qüvvələri tərəfindən hadisə yerindən götürülən PUA müayinə üçün Ankaraya göndərilib.
