Quzey Kıbrısda son illərin ən böyük meşə yanğını: Ölkə rəsmiləri yanğın bölgəsinə gəldi

  • 12:10 - 23 İyun

Quzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) Gazimağusanın dağlıq və meşəlik ərazilərində baş verən yanğın küləyin təsiri ilə şiddətini artırıb. Alov bəzi kəndləri təhdid edərkən, tövlələrə sıçrayan yanğın nəticəsində bəzi heyvanlar tələf olub.

Digər tərəfdən, Mersinlik bölgəsində külə dönən ərazinin 1995-ci ildə Beşparmak dağlarında baş verən yanğından daha böyük olduğu bildirilir. 

Avropa.info xəbər verir ki, Quzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) iyunun 21-də Mağustanın Ağıllar və Mersinlik kəndləri arasındakı dağlıq və meşəlik ərazidə başlayan yanğına müdaxilə edilərkən küləyin təsirini artıran alov bəzi kəndləri təhdid etməyə başlayıb. Havanın qaralması səbəbindən yanğına havadan müdaxilə dayansa da, Mersinlik kəndinin sakinləri təxliyə olunmağa başlayıb. 

Bölgədəki dövlət və hökumət rəsmilərinin, bələdiyyə sədrlərinin açıqlamalarına görə, yanğın bütün şiddəti ilə davam edir. Mersinliklə yanaşı, Ərdahan kəndinin də bir hissəsinin boşaldılması gözlənilir.

Yanğın bölgəsində bəzi tövlələrdə heyvanlar tələf olub. Yanğına havadan müdaxilənin səhər saatlarında bərpa edildiyi bildirilib. 

Mersinlik ətrafındakı digər kəndlər də alov təhlükəsi altındadır və səlahiyyətlilər, xüsusən də bələdiyyələr bəzi tədbirlər görür və əhaliyə xəbərdarlıq edir. Bir çox şəhər və kəndlərdə məscidlərdən edilən anonslarla yanğınla mübarizəyə yardım edilməsi istənilir.

"Anadolu" agentliyinin xəbərinə görə, Mersinlik bölgəsində yanan ərazinin 1995-ci ildə Beşparmak dağlarında baş verən yanğından daha böyük olduğu təxmin edilir. 

KKTC Prezidenti Ersin Tatar və Baş nazir Ünal Üstel də Mersinlikdə davam edən yanğınla bağlı yerində araşdırma aparmaq üçün bölgəyə gəlib. Tatar və Üstel Kənd Təsərrüfatı və Təbii Sərvətlər Naziri Dursun Oğuz və digər səlahiyyətlilərdən məlumat alıblar. 

Bayrak Radio Televiziyasında (BRT) qatıldığı canlı yayımda Üstel, "Təəssüf ki, Mersinlik bölgəsində küləyin də təsiri ilə yanğın şiddətlənib, böyük bir fəlakət yaşanır" deyib. O, bütün insanların və qrupların qarşısına çıxmasına baxmayaraq, Mersinlik kəndində təxliyəyə başladıqlarını bildirib. 

Yanğına havadan müdaxilənin səhər saat 05:00 radələrində yenidən başlayacağını bildirən Üstel, səfərbərlik çağırışları ilə hər kəsin növbətçi olduğunu vurğulayıb.

Kənd təsərrüfatı və nəqliyyat naziri Erhan Arıklı verdiyi açıqlamada bildirib ki, hazırda küləyin arxasına keçən yanğın sürətlə Ərdahana doğru irəliləyir. 


Oxunma sayı: 969

Oxşar yazılar