Çindən çox sərt XƏBƏRDARLIQ: "Bu edilənlər bütün dünyaya fəlakət gətirəcək"

  • 14:53 - 23 İyun

Sabah Pekinin ev sahibliyi ilə onlayn rejimdə keçiriləcək BRICS liderləri zirvə toplantıısndan öncə Çin prezidenti Si Cinpin ölkələrin adlarını çəkmədən Qərbin Rusiyaya qarşı iqtisadi sanksiyalarını tənqid edib. 

Avropa.info-nun məlumatına görə, BRICS Liderlər Zirvə toplantısından əvvəl keçirilən biznes forumda çıxış edən Çin lideri bəyan edib ki, hegemonluğa can atmaq və bloklar arasında qarşıdurma sülh və təhlükəsizliyi təmin etmir. 

"Ukrayna böhranı dünyada hamı üçün yeni oyanış çağırışıdır. Bu (böhran) bizə xatırladır ki, güc mövqeyində olmaq, öz təhlükəsizliyini başqalarının təhlükəsizliyi hesabına təmin etməyə çalışmağın təhlükəsizlik dilemasından başqa nəticəsi olmayacaq", -deyə o bildirib. 

Böyük və inkişaf etmiş ölkələrin iqtisadi siyasətlərində məsuliyyətli davranmaları, izlədikləri siyasətlərin mənfi təsirlərinin və inkişaf etməkdə olan ölkələrə yüklədikləri ağır yükün fərqində olması lazım olduğuna diqqət çəkən Çin prezidenti sözlərinə belə davam edib: 

"Dəfələrlə sübut olunub ki, sanksiyalar iki tərəfli qılıncdır və onları bumeranq effekti ilə tətbiq edənlərə zərər verir. Beynəlxalq maliyyə və valyuta sistemlərindəki hökmranlıqlarından istifadə etməyə, qlobal iqtisadiyyatı siyasiləşdirməyə, özləri üçün rıçaq və silah olaraq istifadə etməyə çalışanlar nəticədə özlərinə və digərlərinə zərər verəcək və bütün dünyaya fəlakət gətirəcək”. 

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra ABŞ, İngiltərə, Kanada, Avropa İttifaqı və digər Qərb müttəfiqləri Moskva administrasiyasına qarşı ticarət və maliyyə sanksiyaları tətbiq etmək qərarına gəliblər. 

Sanksiyalar çərçivəsində bir çox qurumun və Rusiya administrasiyasına yaxın adların aktivləri nəzərə alınıb, Rusiya isə banklar arasında beynəlxalq pul köçürmələrinin həyata keçirildiyi SWIFT sistemindən kənarlaşdırılıb. 

Çoxlu sayda Qərb ölkələri Rusiya Mərkəzi Bankının ehtiyatlarının və aktivlərinin idarə olunması ilə bağlı əməliyyatları dayandırdı və Moskva administrasiyası ehtiyatların əksəriyyətinə çıxışdan kəsilib. 

Rusiya neft və qazının mühüm alıcısı olan Çin Ukraynadakı müharibə ilə bağlı “işğal”, “hücum” sözlərindən və “qınama” mənasına gələn ifadələrdən yayınıb.


Oxunma sayı: 936

Oxşar yazılar