Rusiyaya BÖYÜK ZƏRBƏ: 35 minə yaxın hərbçi itirib - ŞOK RƏQƏMLƏR

  • 12:41 - 23 İyun

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

Avropa.info-nun məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın ümumilikdə 34 430 hərbçisi zərərsizləşdirilib.

Həmçinin, Ukrayna ordusu Rusiya Silahlı Qüvvələrinin 1504 tank, 3 632 zirehli maşın, 756 artilleriya sistemi, 240 reaktiv yaylım atəşi sistemi, 99 hava hücumundan müdafiə sistemi, 216 təyyarə, 183 helikopter, 620 operativ-taktiki PUA, 137 qanadlı raket, 14 gəmi/qayıq, 60 xüsusi texnika, 2548 avtomobilini məhv edib.


Oxunma sayı: 892

Oxşar yazılar