Bayraktar Akıncı B yeni hündürlük rekordu QIRDI: AKINCI ilk dəfə Anadolu Qartalı təliminə qatılır

  • 10:17 - 23 İyun

"Baykar" müdafiə şirkəti tərəfindən hazırlanan və 2 750 at gücündə mühərriklə təchiz edilmiş Bayraktar AKINCI B hücum pilotsuz uçuş aparatı yeni yüksəklik rekorduna imza atıb. 

Avropa.info bildirir ki, şirkətin yaydığı açıqlamaya görə, iyunun 21-də müdafiə sənayesi mütəxəssisləri və Hərbi Hava Qüvvələri komandanlığının iştirakı ilə dözümlülük, hündürlük və sürət testləri aparmaq üçün havaya qalxan Bayraktar AKINCI B üçüncü dəfə yüksəklik rekordunu qırıb. 

Sınaqlar çərçivəsində 45 min 118 fut (13 min 716 metr) yüksəkliyə qalxan Bayraktar AKINCI B, 20 saat 23 dəqiqədən sonra Çorlu Hava Limanının komandanlığında Bayraktar AKINCI Uçuş Tədris və Test Mərkəzinə sağ-salamat qayıdıb. 

450 at gücündə iki mühərriklə təchiz edilmiş Bayraktar AKINCI 8 iyul 2021-ci ildə keçirilən sınaqlar çərçivəsində 38.039 fut yüksəkliyə qalxaraq rekord qırmışdı. 

Bayraktar AKINCI B 11 Mart 2022-ci ildə 40.170 fut hündürlüyə çatıb və öz rekordunu yeniləyib. 

22 iyun 2022-ci ildə 45 min 118 fut yüksəkliyə çatan Bayraktar AKINCI B üçüncü dəfə yüksəklik rekordunu qırıb. 

6 min 406 kilometr uçdu 

Bayraktar AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində yerləşən Müdafiə Sənayesi Müdirliyi və Hərbi Hava Qüvvələri Komandanlığının nümayəndə heyətləri bu tarixi anların şahidi olublar. 

AKINCI B, yüksək sürətli sınaqların da aparıldığı 20 saat 23 dəqiqə davam edən uçuş zamanı cəmi 6406 kilometr məsafə qət etdi və sınaqları uğurla başa vurub. 

AKINCI ilk dəfə Anadolu Qartalı təliminə qatılır 

2021-ci ilin avqust ayında Hərbi Hava Qüvvələri ilə xidmətə girən Bayraktar AKINCI, Şərqi Aralıq dənizindəki təlim çərçivəsində ilk uçuşunu həyata keçirib. 

Bayraktar AKINCI TİHA-nın alınması üçün 4 ölkə ilə ixrac müqavilələri imzalanıb. Bayraktar TB2 SİHA-nı isə 22 ölkə satın alıb. 

Türkiyə İxracatçılar Məclisinin açıqladığı məlumatlara görə, Baykar 664 milyon dollarlıq gəlirlə müdafiə və aerokosmik sənayedə ixracat lideri olub.


Oxunma sayı: 782

Oxşar yazılar