Beyləqanda pambıqçılar arasında kütləvi ZƏHƏRLƏNMƏ

  • 11:47 - 23 İyun

Beyləqanda pambıqdan kütləvi zəhərlənmə olub.

Avropa.info APA-ya istinadla xəbər verir ki, pambıq yığımı ilə məşğul olan 15 rayon sakini zəhərlənmə diaqnozu ilə Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlardan ikisi huşsuz vəziyyətdə xəstəxanaya daxil olub. İlkin müayinələr aparılıb. Vəziyyətləri kafidir.

Baş Prokurorluğun mətbuat xidmətindən Avropa.info-ya bildirib ki, qeyd olunan faktla bağlı hazırda Beyləqan rayon Prokurorluğunda araşdırma aparılır.


Oxunma sayı: 881

Oxşar yazılar