Putinin “nüvə çamadanı”nı daşıyan mühafizəçi başından vurulmuş vəziyyətdə tapıldı

  • 01:39 - 23 İyun

Rusiya Prezidenti Vladimir Putinin mühafizəçisi, Federal Təhlükəsizlik Xidmətinin polkovniki Vadim Zimin başından güllə yarası alıb.

Avropa.info xəbər verir ki, bu barədə Ukraynanın UNİAN informasiya agentliyi məlumat yayıb.

Bildirilib ki, o, xəstəxanaya yerləşdirilib. Hazırda ağır vəziyyətdə reanimasiya şöbəsindədir.

Məlumata görə, Zimin iyunun 20-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki mənzilində yaralı vəziyyətdə tapılıb. Onun yanında "İzh 79-9TM" markalı travmatik tapança aşkarlanıb. Hadisənin detalları məlum deyil. 

Qeyd edək ki, Vadim Zimin Putinin “nüvə çamadanı”nı daşıyan şəxs kimi tanınır.


Oxunma sayı: 1024

Oxşar yazılar