Bu ölkədə deputatlar hökumətə etimad göstərməkdən imtina ETDİLƏR

  • 23:08 - 22 İyun

Bolqarıstan Milli Assambleyasının (Parlament) deputatları çərşənbə günü Kiril Petkovun hökumətinə etimad göstərmədiklərini bildiriblər. 

Avropa.info xəbər verir ki, 123 deputat hazırkı Nazirlər Kabinetinin “əleyhinə”, 116 deputat “lehinə” səs verib. 

Keçmiş baş nazir Boyko Borisovun rəhbərlik etdiyi müxalifət partiyası GERB fraksiyası tərəfindən Petkov hökumətinə etimadsızlıq səsverməsi irəli sürülüb. 

Bu addıma səbəb koalisiya hökumətinin maliyyə-iqtisadi siyasətindən, eləcə də Şimali Makedoniyaya doğru atılan addımlardan narazılıq olub. 

Yeni hökumət formalaşdırıla bilməsə, prezident Rumen Radev parlamenti buraxmalı, müvəqqəti kabineti təsdiq etməli və növbədənkənar seçkilər təyin etməli olacaq. Bolqarıstan parlamenti Petkov hökumətinə etimadsızlıq səsverməsi keçirib.


Oxunma sayı: 793

Oxşar yazılar