Türkiyənin vitse-prezidenti Lefkoşaya səfər edəcək

  • 22:57 - 22 İyun

Türkiyənin vitse-prezidenti Fuat Oktay iyunun 23-25-də Quzey Kıbrıs Türk Cümhuriyyətinə (KKTC) səfər edəcək. 

Avropa.info bildirir ki, bu barədə çərşənbə günü Türkiyə dövlət başçısının administrasiyasındakı mənbələr məlumat verib. 

Türkiyənin vitse-prezidenti bir sıra görüşlər keçirmək üçün KKTC-yə səfər edəcək. 

Səfərin ilk günündə Oktay KKTC prezidenti Ersin Tatar ilə görüşəcək, ardınca isə birgə mətbuat konfransı keçiriləcək. 

Növbəti görüşlər Kıbrıs Türk Parlamentinin sədri Zorlu Törə və baş nazir Ünal Üstellə planlaşdırılır. 

Bundan başqa, Oktay Türk Bələdiyyələr Birliyi və Kıbrıs Türk Bələdiyyələr Birliyinin açılışında, həmçinin Sahibkarlıq Qrant Proqramında iştirak edəcək. 

Türkiyənin vitse-prezidenti gənc idmançılarla da görüş keçirməyi planlaşdırır.


Oxunma sayı: 936

Oxşar yazılar