Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Türkiyədə: Ankara və Ər-Riyad ikitərəfli münasibətlərdə YENİ DÖVR ELAN EDİR

  • 22:50 - 22 İyun

Ankara və Ər-Riyad ikitərəfli münasibətlərdə, o cümlədən siyasi, iqtisadi, hərbi və təhlükəsizlik sahələrində əməkdaşlıqda yeni dövrə başlamaq əzmində olduqlarını vurğulayıblar. 

Avropa.info bildirir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında Ankarada keçirilən danışıqların yekunu üzrə imzalanmış Türkiyə və Səudiyyə Ərəbistanının Birgə Bəyannaməsində deyilir. 

“Tərəflər regionun gələcəyinə töhfə vermək üçün tarixi qardaşlığa əsaslanan əməkdaşlığı inkişaf etdirmək və davam etdirmək əzmində olduqlarını vurğulayıblar”, - sənəddə davam edir. 

Məlumata görə, danışıqlar zamanı tərəflər, həmçinin ticarətin asanlaşdırılması, investisiya imkanlarının axtarışı və konkret tərəfdaşlığa çevrilməsi məqsədilə əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər.

***

Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman birinci formatda danışıqlar aparıb. 

Prezident Kompleksində baş tutan görüş iki saata yaxın davam edib. 

Çərşənbə günü Ankarada Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın rəsmi qarşılanma mərasimi keçirilib. 

Səudiyyə Ərəbistanının vəliəhdi Türkiyəyə rəsmi səfərə gəlib.

Эрдоган и принц Салман провели переговоры в Анкаре

Oxunma sayı: 892

Oxşar yazılar