Türkiyədəki meşə yanğını nəzarət altına alınıb

  • 22:45 - 22 İyun

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi Muğlanın Marmaris rayonunda baş verən meşə yanğınının böyük ölçüdə nəzarət altına alındığını bildirib.

O, daxili işlər naziri Süleyman Soylu ilə birgə yanğınla mübarizəni bilavasitə bölgədən izləməyə davam edir.

Nazirin sözlərinə görə, hazırda Marmarisdə yanğınla mübarizə 20 helikopter və 14 təyyarə ilə aparılır.

Qeyd edək ki, yanğın dünən saat 20.00 radələrində başlayıb və küləyin təsiri ilə ətrafa yayılıb

 


Oxunma sayı: 826

Oxşar yazılar