ABŞ diplomatların təxliyəsi üçün Rusiya təyyarəsinin gəlməsinə icazə verməyib

  • 23:35 - 22 İyun

ABŞ ölkəni tərk etmək əmri verilmiş Rusiya diplomatlarının təxliyəsi üçün xüsusi reysin göndərilməsinə icazə verməyib.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Təyyarə bu ayın sonuna qədər ABŞ-ı tərk etmək barədə ultimatum almış həmkarlarımız və onların ailə üzvlərini gətirmək üçün uçmalı idi. ABŞ-ın bu cür davranışı cavabsız qalmayacaq. Rusiya xüsusi təyyarəsinin buraxılmasından imtina ediləcəyi təqdirdə, əks tədbirlər qaçılmaz olacaq", - Zaxarova vurğulayıb.

Bu ilin əvvəlində Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirmişdi ki, 2021-ci ilin sentyabrında bu il ABŞ-ı iki mərhələdə tərk etmək əmri verilmiş diplomatik missiyanın 55 əməkdaşının siyahısını təhvil veriblər.(report)


Oxunma sayı: 804

Oxşar yazılar