Bərdədə baş verən dəhşətli qətlin TƏFƏRRÜATI - YENİLƏNİB

  • 13:17 - 20 İyun

Bərdə Rayon Prokurorluğu Bərdədə 33 yaşlı kişinin qətli ilə bağlı açıqlama yayıb.

Prokurorluqdan Avropa.info-ya daxil olan açıqlamada deyilir:

"İyunun 18-i saat 13 radələrində Bərdə rayonu Şatırlı kənd sakini 1989-cu il təvəllüdlü Anar Hüseynovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1962-ci il təvəllüdlü Namiq Hüseynovun şəxsi mübasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Anar Hüseynovu qəsdən öldürməsinə, daha sonra həmin tüfəngdən özünün baş nahiyəsinə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".

***09:19

Bərdə sakini qonşusunu tüfənglə qətlə yetirdikdən sonra intihar edib.

Avropa.info Xəzər TV-yə istinadla xəbər verir ki, kənd sakini, 59 yaşlı Namiq Hüseynov qonşusu 34 yaşlı Anar Hüseynovu kənara çağırıb və orada mübahisə edib. Bu zaman Namiq Anarı güllələyib. Anar Hüseynov hadisə yerində ölüb. Daha sonra Namiq Hüseynov təxminən 15 – 20 metr aralıda tüfənglə qəfil özünə atəş açıb. O da hadisə yerində ölüb.

Anarın valideynləri iddia edir ki, oğlu Namiqin bir qadınla münasibətdə olduğunu bilirmiş, ona görə o, Anarı güllələyib.

Ətraflı süjetdə:


Oxunma sayı: 5622

Oxşar yazılar