Azərbaycanın qadın güləşçilərdən ibarət yığmasının üzvü Avropa çempionu olub

  • 23:40 - 16 İyun

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə U-17 Avropa çempionatına Azərbaycanın qadın güləşçilərdən ibarət yığmasının üzvü Ruzanna Məmmədova (49 kq) çempionatının qızıl medalını qazanıb.

Qadın güləşçimiz ispan Kandela Giraldes Markeslə ruminiyalı Ana Mariya Rotaruya "tuşe" ilə qalib gələrək adını yarımfinala yazdırıb. Türkiyəli Şevval Çayırı 8:5 hesabıyla üstələyən təmsilçimiz finala vəsiqə qazanıb. Ruzanna son qarşılaşmada italiyalı Fabiana Rinellanı "tuşe" ilə məğlub edərək Avropa çempionu olub.

A qrupunda yer alan digər qadın idmançımız Elvina Kərimzadə ilk görüşdə ukraynalı Anastasiya Polskaya məğlub olsa da, bolqar Azra Azisova Mustafovaya və rumıniyalı Elvira Draqana tam üstünlüklə qalib gəlib. Qrup ikincisi kimi yarımfinala yüksələn güləşçimiz bu mərhələdə alman Jozefin Vrenşdən də güclü olub - 4:0. Həlledici görüşdə yenidən Polskayla üz-üzə gələn Elvina yenə rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib.

Günay Qurbanova (57 kq) startda rumıniyalı Florentina Georgiana Mantoqu "tuşe" ilə üstələsə də, 1/4 finalda türkiyəli Tuba Demirə müqavimət göstərə bilməyib. O, təsəlliverici görüşdə isə alman Naemi Leiştnerə uduzub.

 

Fatimə İsayeva (65 kq) 1/8 finalda almaniyalı Kassidi Rixterlə bacarmayıb.

Qeyd edək ki, bundan əvvəl 2 qızıl, 5 gümüş, 1 bürünc medal əldə edən yunan-roma güləşi üzrə oğlanlardan ibarət U-17 yığmamız 175 xalla Avropa çempionu olub.


Oxunma sayı: 12123

Oxşar yazılar