Bakı sakinini Xaçmazda döyüb yandırdılar

  • 09:59 - 16 İyun

Xaçmaz rayonunda döyülmə hadisəsi olub.

Avropa.info "report"a istinadən bildirir ki, hadisə rayonun Susay kəndində qeydə alınıb.

Belə ki, Bakıdan Xaçmaza quşçuluq fermasına işləməyə gələn 1968-ci il təvəllüdlü Zaur İslam oğlu Abdullayev tanıdığı şəxslər tərəfindən döyülüb, sonra ağaca bağlanılaraq yandırılıb.

Müxtəlif dərəcəli yanıq xəsarətləri alan yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.


Oxunma sayı: 5897

Oxşar yazılar