ABŞ səfiri: “Həyəcanlıyam, çünki Mayamidən Minneapolisə qədər insanlar Bakıdakı yarışı izləyirlər”

  • 17:20 - 12 İyun

“Həyəcanlıyam, çünki Mayamidən Minneapolisə qədər insanlar Bakıdakı yarışı izləyirlər”. 

“Report” xəbər verir ki, bu fikirləri ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisi ilə bağlı müraciətində deyib. 

“Formula 1” yarışında Bakıda olmaqdan qürur duyuram. Bu, gözəl, beynəlxalq tədbirdir”, - Litzenberger vurğulayıb.. 

“Baku City Circuit” bu məkanın yaradılmasında böyük işlər görüb və insanlara bu yarışı izləmək üçün gözəl imkanlar yaradıb. Mən də həyəcanlıyam. Çünki ABŞ-da Mayamidən Minneapolisə qədər insanlar Bakıda keçirilən yarışı izləyirlər”, - səfir əlavə edib.


Oxunma sayı: 6128

Oxşar yazılar