“Formula-1”: İkinci sərbəst yürüş başa çatıb

  • 09:37 - 11 İyun

"Formula-1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başa çatıb.

Son məşq 1 saat davam edib.

Burada ən yaxşı nəticəni Şarl Lekler ("Ferrari") göstərib. O, dövrəni 1 dəqiqə 43,224 saniyəyə qət edib.

Lekler birinci sərbəst yürüşün ən sürətlisi olan Serxio Peresi ("Red Bull") qabaqlayıb. O, dövrəni 1 dəqiqə 43,472 saniyəlik göstərici ilə başa vurub.

İlk "üçlüy"ü Peresin komanda yoldaşı Maks Ferstappen qapayıb. O, 1 dəqiqə 43,580 saniyə nəticə göstərib.


Oxunma sayı: 1992

Oxşar yazılar