Avropa çempionatı: Azərbaycanın minifutbol millisi FİNALDA

  • 21:58 - 10 İyun

Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.

Avropa.info xəbər verir ki, Elşad Quliyevin baş məşqçi olduğu komanda yarımfinalda 2017-ci ilin qitə çempionu Qazaxıstanı mübarizədən kənarlaşdırmağı bacarıb.

Rəqib iki dəfə hesabda önə keçsə də, Bəxtiyar Soltanovv 18-ci, Tural Nərimanov isə 26-cı dəqiqədə bərabərlik qollarını vurub. Oyunda son nöqtəni isə 32-ci dəqiqədə Samir Həmzəyev qoyub.

Beləliklə, Azərbaycan millisi Avropa çempionatında finala yüksəlməklə, tarixi nailiyyətə imza atıb. Finalda rəqib Bolqarıstan - Rumıniya duelinin qalibi olacaq.

Qeyd edək ki, Azərbaycan millisi 1/4 finalda Slovakiyaya 1:0, Qazaxıstan isə əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşmış qarşılaşmada Macarıstanı penaltilərlə yenib - 4:3.

Avropa çempionatı

Yarımfinal

10 iyun

20:30. Azərbaycan - Qazaxıstan - 3:2

Qollar: Bəxtiyar Soltanov, 18. Tural Nərimanov, 26. Samir Həmzəyev, 32 - Şaxrur Xaşimov, 9. Medet Kudaybergenov, 20

Koşitse (Slovakiya), "Steel Arena"


Oxunma sayı: 2135

Oxşar yazılar